Evləri yanan " qaçqın "lara nə qədər yardım edilib?


22:48     05 Mart 2018 manat_180215.jpg

Keçən il yanğın nəticəsində ziyan görmüş məcburi köçkünlərə edilən maddi yardımın məbləği açıqlanıb.


Femida.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında əksini tapıb.

Keçən il Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Çiçək” düşərgəsində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 10 məcburi köçkün ailəsinin hər birinə 35 min manat olmaqla, ümumilikdə 350 min manat məbləğində, Bakı şəhəri, Xətai rayonu, K. Kərimov küçəsi 15 ünvanında yerləşən binada baş vermiş yanğın nəticəsində həmin binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsinin hər birinə 38 min 518 manat olmaqla, ümumilikdə 1 milyon 40 min manat məbləğində kompensasiya ödənilib.

Məişət avadanlıqlarına dəymiş ziyana görə 7 ailənin hər birinə 2 min manat olmaqla, cəmi 14 min manat maddi yardım köçürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Qaçqın   #Buzovna   #Xəzər  

Oxunub: 579